BURADA REKLAMINIZ OLA
BİLƏR

"Araz" marketdə kişi tanışı olan qadını döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərhad Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə ona 1  il müddətinə azadlığın məhdudlaşdrılması (elektron qolbaq) növündə cəza təyin edilib. İttihama görə, hadisə 24 sentyabr 2023-cü il tarixdə, gecə saat 03:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısında qeydə alınıb. Belə ki, Fərhad Məmmədov həmin ərazidə tanışı, zərərçəkmiş Nailə Əsədova (şərti) ilə təsadüfən rastlaşıb. Qadın onu görsə də, buna məhəl qoymayaraq çıxıb getmək istəyib. Fərhad isə bu səbəbdən əsəbiləşərək zərərçəkmiş şəxsə nalayiq sözlər işlədib. Nailə də ona cavab qaytarıb. Daha sonra təqsirləndirilən şəxs qadınla mübahisə edib. Nəticədə Fərhad Nailənin üzərinə zor tətbiq edib. Həmin vaxt qadın özünün "Hyundai Elantra" minik markalı avtomobilinin sükanı arxasına əyləşmiş vəziyyətdə olub. Təqsirləndirilən şəxs maşına yaxınlaşıb avtomobilin içərisində olan zərərçəkmiş şəxsin baş, sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik, yumruq və sillə ilə zərbələr endirərək ona xəsarət yetirib. Həmçinin o, "Hyundai Elantra”nın qabaq sol qapısı və həmin qapının pəncərə şüşəsinə yumruq və təpiklə qəsdən zərbələr vuraraq zədələyib. Nəticədə Fərhad Nailəyə 180 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq edib.

 

Kamal Məmmədov

Tarix: 5 Dekabr 2023, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin