BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələdi

Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları "MİDA" yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 

"MİDA" yaşayış kompleksinin sakinlərinin 050 800 09 02 whatsapp nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilib.

 

Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.

 

Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.

Tarix: 5 Dekabr 2023, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin