BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobus evin damına çıxdı - dəhşətli qəza - VİDEO

Bakının Suraxanı rayonunda, Köhnə Günəşli adlanan ərazidə hərəkətsiz vəziyyətdə dayanan 46 nömrəli avtobus ətrafdakılara qorxulu anlar yaşadıb.

 

Hadisə 46 nömrəli avtobusun sonuncu dayanacağında, inqilab ismayılov küçəsində baş verib.

 

Güclü külək nəticəsində hərəkətə gələn nəqliyyat vasitəsi ciddi fəsadlar törədib. Avtobus bir avtomobili zədələdikdən sonra ərazidəki elektrik dirəyini aşırıb. Sonra isə yaxınlıqdakı həyət evlərindən birinin hasarını uçurub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, vətəndaşlara külli miqdarda maddi ziyan dəyib./Yenisabah

 

Tarix: 6 Dekabr 2023, 19:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin