BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda azərbaycanlı fəallar azadlığa buraxıldı

İranda yanacaq qiymətinin artırılmasına kütləvi etirazlar zamanı İran Azərbaycanında saxlanılan 2 türk fəal zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, oyabrın 18-də Meşkinşəhrdə (Xiyav) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəal Siyamək Seyfi 150 milyon tümən zəmanət qarşılığında Ərdəbil həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

 

O, bir gecə Meşkinşəhr polis idarəsində saxlanıldıqdan sonra İran vaxtı ilə günorta saat 2-də məhkəməyə aparılıb və oradan Ərdəbil Ettelaat İdarəsinin həbsxanasına köçürülmüşdü. Siyamək Seyfiyə məhkəmə tərəfindən "Benzin qiymətinin artması ilə əlaqədar xalqı və öz fikirdaşlarını iğtişaşa çağırmaq" ittihamı irəli sürülüb.

 

Siyamək Seyfinin saxlanılmasından bir gün öncə Ərdəbil şəhərinin sakini olan digər milli fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum yerə aparılmışdı.

 

İranda noyabr ayında hökümətə qarşı etirazlar əsnasında Urmiyədə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan digər milli fəal Salar Tahiri Əfşar 100 milyon zəmanət qarşılığında azadlığa buraxılıb.

 

İran hökumətinin yanacaq qiymətlərini artırması İranın müxtəlif şəhərlərində, o cümlədən İran Azərbaycanının şəhərlərində etirazların baş qaldırıb.

 

Ölkənin bir çox bölgəsində etirazların baş qaldırması ilə yanaşı hökumət internet xidmətini dayandırmışdı.Teleqraf.com

Fotoları təqdim edirik
Tarix: 1 Dekabr 2019, 21:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin