BURADA REKLAMINIZ OLA
BİLƏR

Gecə saatlarında maşınlara qənim kəsilən şəxsə AĞIR CƏZA

Abşeron Rayon Məhkəməsində vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamaqda təqsirləndirilən Samir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


İttihama görə, hadisə 2022-ci il gecə saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə M.Hüseynzadə küçəsində qeydə alınıb.


Belə ki, 1999-cu il təvəllüdlü Samir Məmmədov yaşayış binasının arxasında saxlanılan zərərçəkmiş Kamil Əsədova (şərti) məxsus “KİA-RİO” markalı avtomobilinin qabaq sol qapısının şüşəsini özündə olan şamla (“sveça”) sındırıb. Daha sonra o, maşının salonundan içərisində zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədi olan sürücülük vəsiqəsini nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, eləcə də 475 manat pul vəsaitini talayıb.


Bundan başqa, Samir Məmmədov özgənin şəxsiyyət sənədini talama məqsədilə həmin il gecə saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə M.Hüseynzadə küçəsində 2 saylı yaşayış binasının qarşısında saxlanılan zərərçəkmiş Fahir Həsənzadəyə məxsus “Honda” markalı avtomobilinin qabaq sağ qapısının şüşəsini özündə olan şamla sındırıb. Daha sonra o, maşının salonundan içərisində zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədi olan sürücülük vəsiqəsini talayıb.


Hadisədən sonra Samir Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin