BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyorun səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Aktyor və müğənni Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

 
Pravda.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.

 
Sərxan virusa yoluxduğunu və özünü piss hiss etdiyini vurğulayıb:


“Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılça deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif “sistemlər” köçürülür. Bu müalicə isə mütləq şəkildə həkim nəzarətində olmalıdır. Əgər xəstələnmisinizsə, ağzınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı mayə sizin orqanizminizə yeridilməlidir”.

Tarix: 8 Dekabr 2023, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin