BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid qızına vəzifə verildi

Şuşa şəhər 1 nömrəli tam orta məktəbə 30 ildən sonra direktor təyin olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə jurnalist Səadət Məmmədova öz sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, bu vəzifəyə Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova təyin edilib.

 

S. Gözəlova daha əvvəl Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru olub.

 

Xatırladaq ki, M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

 

1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.

Tarix: 9 Dekabr 2023, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin