BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanvarın 14 və 15-də qar yağacaq, şaxta olacaq? - RƏSMİ MƏLUMAT

Bəzi saytlarda Milli Hidrometeorologiya Xidmətinə istinadən 14-15 yanvar tarixlərində guya Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yanlış məlumat yayılıb.

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.

 

"Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları Milli Hidrometeorologiya Xidmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər" – xidmət rəisi bildirib.

Tarix: 12 Dekabr 2023, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin