BURADA REKLAMINIZ OLA
BİLƏR

Çempionlar Liqası: “Sevilya” avrokuboklardan kənarda qaldı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilib.

 

Artıq başa çatan iki qarşılaşma ilə B qruplarında mübarizəyə yekun vurulub.

 

“Arsenal” səfərdə PSV ilə minimal hesablı heç-heçə edib - 1:1. “Lans” isə öz meydanında “Sevilya”ya qalib gəlib - 2:1.

Bu nəticələrdən sonra B qrupunda “Arsenal” 13, PSV 9, “Lans” 8, “Sevilya” isə 2 xal toplayıb.

 

Beləliklə də, öncəki turdan növbəti mərhələyə keçidini təmin edən “topçular” PSV ilə birlikdə Çempionlar Liqasının 1/8 finalına adlarını rəsmən yazdırıblar. “Lans” mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb. “Sevilya” isə bu mövsüm üçün avrokuboklardan kənarda qalıb.

 

Oxu.az

Tarix: 12 Dekabr 2023, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin