BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan futzal millisi Niderlanda məğlub oldu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

 

A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

 

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

 

Yığmamız isə hesabındakı 4 xalla sonuncu yeri tutub.

 

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

 

Report

Tarix: 20 Dekabr 2023, 23:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin