BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif İslamzadə: “Kimlərsə namizədlik irəli sürüblər, boş şeylərdir, İlham Əliyevi dəstəkləyirik”

“Prezident İlham Əliyevin alternativi yoxdur. 20 illik fəaliyyətində, xüsusən son 10 ildə İlham Əliyev özünü tam təsdiq etdi. Mənim başım çıxmır, növbədənkənar prezident seçkilərinə kimlərsə namizədlik irəli sürüblər... Boş şeylərdir. Bütövlüklə İlham Əliyevin tərəfindəyik, onu dəstəkləyirik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.

 

O bildirib ki, Prezident ömürlük seçilməlidir: “Tarix də, zaman da bunu göstərib ki, ən düzgün, özünü doğruldan bir idarəçilik sistemi var, o da monarxiyadır. Mən bunu istəyirəm. Hesab edirəm, monarxiya ən düzgün idarəçilik sistemidir. 4-5 ildən bir bu nə oyundur? Nəyə lazımdır? Prezidenti birdəfəlik seçməliyik. Gərək, bu dəfə də belə edərdilər. Qanun qəbul edərdilər ki, Prezident birdəfəlik seçilsin”.

 

A.İslamzadə əlavə edib: “Ötən gün Xankəndini izlədim. Çox gözəl. Allah uzun ömür versin, hələ Qərbi Azərbaycan məsələsi də var. Bəlkə, bunu görmək bizə qismət olmadı, amma siz cavansınız, Allahın izni ilə bu tarixi də görəcəksiniz. Haylar başqa, ermənilər başqadır. Hayların hakimiyyətinə yerli-dibli son qoymaq lazımdır. Təkcə tüklərdən, azərbaycanlılardan, müsəlmanlardan söhbət getmir, bunlar, ümumiyyətlə, Adəm övladladlarını sevmirlər,  vəssalam...”

 

Aytəkin Qardaşova

Tarix: 22 Dekabr 2023, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin