BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ermənistana 90 min avro ödəyib

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.

 

Bunu Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib.

 

"2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, deyə komitədən bildirilib.

 

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan "Buta Airways" də bu marşrut üzrə uçuşlar həyata keçirib və 2023-cü ilin oktyabrında AZAL-la birləşib.

 

2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib./Qaynarinfo

Tarix: 25 Dekabr 2023, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin