BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısından daha bir sərəncam: 350 min manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 350,0 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tarix: 27 Dekabr 2023, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin