BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident 350 min manat ayırdı - SƏRƏNCAM

Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.


Pravda az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.


Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 350,0 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tarix: 29 Dekabr 2023, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin