BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Emreli ciddi zədə aldı

Azərbaycan millisinin “Dinamo”da (Zaqreb, Xorvatiya) oynayan üzvü Mahir Emreli zədələnib.

 

26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) sıradan çıxıb.

 

O, matçın 60-cı dəqiqəsində əvəzlənib.

 

Komandanın baş məşqçi Sergey Yakiroviç oyundan sonra açıqlamasında forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu və onun zədəsinin ciddi olduğunu bildirib. Emreli buna görə uzun müddət komandadan kənarda qalacaq.

 

Mahirin son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.

Tarix: 7 Yanvar 2024, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin