BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşa Holdinq”dən AMB sədrinə müşavir təyin olunan şəxsə yüksək vəzifə verildi – DOSYE

Azərbaycan Respublikasının Mərkəzi Bankında baş direktor vəzifəsinə iki təyinat olub.


Yeniavaz.com xəbər verir ki, Şahin Aydın oğlu Mahmudzadə və Rəna Ənvər Paşa qızı Məlikova sözügedən vəzifəyə təyin olunan şəxslərdir.


Ş. Mahmudzadə 1992-ci ildə Bakı şəhərində anadan olub.


2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil alıb, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnib.


Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.


2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləyib.


2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsində işləyib.


Qeyd edək ki, “Paşa Həyat Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 40 milyon 250 min manat olan “Paşa Həyat Sığorta” ASC 2010-cu ildə təsis olunub.


R. Məlikova da 1964-cü ildə Bakı şəhərində anadan olub.


1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.


Əmək fəaliyyətinə 1981-ci ildə başlayıb və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb.


1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib.


2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.



Tarix: 7 Yanvar 2024, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin