BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır

Respublika Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.


Bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzman pediatrı Aysel Qədimova deyib.


Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:


“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.


Qeyd edilib ki, körpələrdən 6-sı qız, 9-u oğlandır.

Tarix: 9 Yanvar 2024, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin