Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

İraqa səfər etmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək. Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

 

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, - deyə diplomat vurğulayıb.

Tarix: 9 Yanvar 2024, 21:46   
Xəbər lenti
Çox oxunanlar