BURADA REKLAMINIZ OLA
BİLƏR

Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi

Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Tarix: 13 Yanvar 2024, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin