BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı: İyunun 13-dək

Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə - iyunun 13-dək uzadılıb.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib.

 

Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən uzadılıb.

 

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub.

Tarix: 14 May 2020, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin