Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Dəmiryol Xəstəxanası niyə bağlanıb?

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova Oxu.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

 

“Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir”.

Tarix: 16 Yanvar 2024, 10:03   
Xəbər lenti
Çox oxunanlar