BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞBPİ-dən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Törətdiyi əmələ görə Nizami Rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun qızı Nigar Həzinin müstəntiq tərəfindən istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı sosial şəbəkələrdə irəli sürdüyü iddiallar  əsassızdır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

E.Hacıyev deyib ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər.

 

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

Tarix: 14 May 2020, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin