BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mayın 31-ə qədər karantin..." – Deputatdan AÇIQLAMA

"Dövlətimiz karantin rejiminin uzanılmasına heç də maraqlı deyil. Çünki bu, iqtisadiyyata zərbədir. Üstəlik, hər ötən gün büdcə üçün əlavə yükdür. Lakin cənab prezident özü də dəfələrlə deyib ki, Azərbaycan dövləti üçün ən vacib amil insan amilidir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

"Aparılan siyasət də koronavirus pandemiyası çərçivəsində heç bir sosial layihənin dayandırılmaması, üstəlik, əvvəl bir milyard ayrılmışdı, daha sonra bunun 3,5 dəfə artırılması insanların pandemiya şəraitində sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də bu müalicə və profilaktika işlərinin həyata keçirilməsi ilə bağlı bu məbləğlərin artırılması onu göstərir ki, həqiqətən də dövlətin prioriteti hazırda insan amilidir, insanların sağlamlığıdır. Bu işdə də dövlətimiz karantin tədbirlərini birbaşa yox, mərhələli şəkildə tətbiq edib. Əvvəlcə insanlar məsuliyyətli olmağa çağırılıb, daha sonra intizam tələb olunub. Bunun nəticəsində də ayın 27-ə qədər olan tendensiya göz qabağındadır. Kifayət qədər ciddi nailiyyətlər əldə olunmuşdu. Hazırda da mən nailiyyətin qüvvədə qaldığını düşünürəm. Uğur bizim tərəfimizdədir, lakin son günlərin rəqəmləri onu göstərir ki, vətəndaşlarımız karantin rejiminin ən adi tələblərini, istər gigiyena qaydaları olsun, istər məsafə saxlanması olsun, istər maska və əlcəklərdən istifadə ilə bağlı məqamlar olsun, bunlara artıq insanlarımızın müəyyən arxayınlığı yaranıb. Nəticədə son günlərin yoluxma sayı artıq üçrəqəmliyə keçib. Bu da narahatlıq doğuran məqamdır", - Bəhruz Məhərrəmov qeyd edib.

 

Millət vəkili karantin qaydalarına əməl etməklə büdcəni də qorumağın mümkün olduğunu bildirib:

 

"Bir daha deyirəm, dövlətimizin ali məqsədi insan amilidir. Belə olan halda təbii ki, iqtisadiyyatımıza, ümumiyyətlə inkişafımıza nə qədər ziyan olsa belə, dövlətimiz insan amilini əsas tutaraq karantin tədbirlərini sərtləşdirmək məcburiyyətində qala bilər. Dövlət bu işdə maraqlı deyil ki, karantin tədbirləri uzansın. Lakin biz, vətəndaşlarımız istəyirlərsə karantin rejimi uzansın, bunda maraqlıdırlarsa, bu artıq absurtdur. O baxımdan mən inanmıram ki, vətəndaşlarımız da bu məsələdə maraqlı olsunlar. Karantin rejiminin davamlı olması nə dövlətin, nə vətəndaşın marağında deyil. Sadəcə intizamlı olaq və dövlətin çağırışlarına qoşulaq. Bilək ki, karantin rejiminə dövlətin xərclədiyi hər əlavə manat bizim cibimizdən, bizim büdcəmizdən gedir və dövlətimizin imkanlarını azaltmağa doğru gedir. Təbii ki, dövlətimiz güclüdür. Lakin biz nəzərə almalıyıq ki, bizim imkanlarımız da hədsiz deyil. Nəzərə alaq qərbi Avropa ölkələrini, inkişaf etmiş dövlətlərdəki o şəraiti və həmin şəraitin bizdə təkrarlanmaması üçün məsuliyyətimizi sadəcə artıraq. Bu, qısa müddətli bir şeydir. Əgər biz bir ay, ən azı mayın 31-ə qədər karantin rejiminin şərtlərinə əməl etsək mən inanıram ki, artıq bundan sonra nə tədbirlərin güclənməsinə, nə də karantin rejiminin uzadılmasına ehtiyac qalar".Milli.az

Tarix: 14 May 2020, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin