BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah qar yağacaq

Sabaha, yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

 

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tarix: 17 Yanvar 2024, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin