BURADA REKLAMINIZ OLA
BİLƏR

Benzin və dizellə bağlı vacib xəbər

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.

 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.

 

Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.

 

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

 

 

 

 

Məhsul növləri

2023-cü ildə istehsal edilmişdir Əvvəlki ilə nisbətən, faizlə 01.01.2024-cü

 

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton 1 464,2 113,4 45,9
Ağ neft, min ton 594,4 104,1 26,2
Qazoyllar (dizel yanacağı), min ton 2311,2 112,3 77,2
Mazut, min ton 5,7 7,3 1,7
Sürtkü yağları, min ton 59,1 131,6 3,0
Maye qazlar, min ton 236,4 96,8 4,1
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

 

min ton

1 119,3 84,5 57,6
ondan:      
neft bitumu, min ton 277,7 80,9 5,1
neft koksu, min ton 231,6 110,0 48,1
Tarix: 17 Yanvar 2024, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin