BURADA REKLAMINIZ OLA
BİLƏR

Ödənişli yola sürət nişanı qoyuldu: Radar da quraşdırılacaq

İstifadəyə verilən ödənişli Bakı-Quba yolunda sürət həddinə dair müzakirələr yekunlaşıb. Belə ki, sözügedən yolda sürət həddi 110 km/saat olaraq təyin edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı-Quba yoluna alternativ yol kimi çəkilən ödənişli avtomagistral yolda sürət həddinin 110 km/saat olduğunu göstərən nişan quraşdırılıb.

 

Əldə etdiyimiz məlumata görə, sözügedən yol nişanı bayram günləri ərəfəsində quraşdırılıb. Baxmayaraq ki, magistral yollarda maksimal sürət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

 

Qeyd edək ki, sürücülərin yolda sürət həddinə ciddi riayət etməsini təmin etmək üçün hələ xüsusi texniki vasitələr (radar - red.) quraşdırılması hələ də həyata keçirilməyib.

 

Ödənişli Bakı-Quba yolunda isə artıq dəfələrlə ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bəs bu qəzalar necə və hansı meyarlarla aktlaşdırılır? Kim məsuliyyət daşıyır?

 

Bu suallara isə hələ də cavab verəcək qurum yoxdur.

Tarix: 18 Yanvar 2024, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin