Məlum olduğu kimi, son illər Azərbaycanda bağlanan bankların sayı artıb.
Yeniavaz.com xəbər verir ki, son 3 ildə 7 bankın lisenziyası ləğv olunub.
Yola saldığımız 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – “Günay Bank” ASC və “Muğanbank” ASC bağlanıb.
Bəs görəsən, 2024-cü ildə hansı bankları bağlanma təhlükəsi gözləyir?
Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank “Bank BTB” hesab olunur.
“Bank BTB” yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə “Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Bəzi maliyyə göstəriciləri pisləşən banklardan biri də, “Premium Bank” ASC-dir. “Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il “Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.
Onu da bildirək ki, adları çəkilən hər iki bank sabiq yüksək rütbəli məmurların ailə üzvlərinə məxsusdur.
“Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
“Premium Bank”ın əsas səhmdarı isə AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
27 Mart 17:25
27 Mart 17:22
27 Mart 17:20
27 Mart 17:13
27 Mart 17:11
27 Mart 17:09
27 Mart 17:08
27 Mart 17:05
27 Mart 17:03
27 Mart 17:01
27 Mart 16:53
27 Mart 15:53
27 Mart 15:36
27 Mart 15:33
27 Mart 15:04
27 Mart 14:49
27 Mart 14:26
27 Mart 14:23
27 Mart 14:21
27 Mart 14:19
27 Mart 14:02
27 Mart 13:59
27 Mart 13:58
27 Mart 13:57
27 Mart 13:48
27 Mart 13:46
27 Mart 13:44
27 Mart 13:42
27 Mart 13:41
27 Mart 13:40
27 Mart 13:39
27 Mart 13:34
27 Mart 13:33
27 Mart 13:31
27 Mart 12:38
27 Mart 12:25
27 Mart 12:24
27 Mart 12:22
27 Mart 12:08
27 Mart 12:05
27 Mart 11:41
27 Mart 11:34
27 Mart 11:13
27 Mart 10:40
27 Mart 10:16
27 Mart 09:46
27 Mart 08:33
27 Mart 08:30
27 Mart 08:28
27 Mart 08:27
27 Mart 08:26
27 Mart 08:23
27 Mart 07:48
27 Mart 07:45
27 Mart 07:44
27 Mart 07:42
27 Mart 07:41
27 Mart 07:39
27 Mart 07:34
27 Mart 07:32
27 Mart 07:29
27 Mart 07:27
27 Mart 07:19
27 Mart 07:16
27 Mart 07:13
27 Mart 07:06
26 Mart 23:41
26 Mart 23:32
26 Mart 23:14
26 Mart 23:11
26 Mart 23:07
26 Mart 22:59
26 Mart 22:50
26 Mart 22:42
26 Mart 22:38
26 Mart 22:28
26 Mart 22:26
26 Mart 22:22
26 Mart 22:20
26 Mart 22:16
26 Mart 21:13
26 Mart 20:51
26 Mart 19:19
26 Mart 18:54
26 Mart 18:52
26 Mart 18:50
26 Mart 18:30
26 Mart 18:11
26 Mart 17:28
26 Mart 17:21
26 Mart 16:53
26 Mart 16:49
26 Mart 16:18
26 Mart 15:55
26 Mart 15:33
26 Mart 15:31
26 Mart 15:24
26 Mart 15:20
26 Mart 15:14
26 Mart 15:05
26 Mart 14:29
26 Mart 14:17
26 Mart 14:11
26 Mart 13:26
26 Mart 13:25
26 Mart 13:23
26 Mart 13:21
26 Mart 13:19
26 Mart 13:15
26 Mart 13:13
26 Mart 13:10
26 Mart 12:53
26 Mart 12:51
26 Mart 12:50
26 Mart 12:46
26 Mart 12:44
26 Mart 12:43
26 Mart 12:40
26 Mart 12:37
26 Mart 12:35
26 Mart 12:33
26 Mart 12:16
26 Mart 11:57
26 Mart 11:44
26 Mart 11:13
26 Mart 11:11
26 Mart 09:53
26 Mart 09:45
26 Mart 09:41
26 Mart 09:35
26 Mart 09:32
26 Mart 09:30
26 Mart 09:16
26 Mart 09:11
26 Mart 00:56
26 Mart 00:54
26 Mart 00:50
26 Mart 00:48
26 Mart 00:47
26 Mart 00:45
26 Mart 00:43
26 Mart 00:38
26 Mart 00:33
25 Mart 23:00
25 Mart 22:54
25 Mart 22:38
25 Mart 22:33
25 Mart 21:50
25 Mart 21:41
25 Mart 21:29
Ən son xəbərləri səhifəmizdən də izləyin