BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquqşünas: “Milli Məclisin Prezidentə müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir”

“Kim deyə bilər, Milli Məclis deputatlarının seçilməsi prosesi daha qanunidir, yoxsa parlamentin bütövlükdə buraxılması ilə bağlı dövlət başçısına müraciət?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Fuad Ağayev deyib.

 

“Görün nə yazıblar: “...Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır”. Üçcə gün bundan əvvəl ölkənin əsas maliyyə sənədini – dövlət büdcəsini təsdiq edən, ombudsmanını seçən, nəhayət, Vergi Məcəlləsinə yüzdən çox düzəlişlər edən parlamentin deputatları deyirlər ki, MM öz səlahiyyətlərini artıq icra edə bilmir! Sual olunur, büdcəni təsdiq edəndə və Vergi Məcəlləsini dəyişdirəndə, o, öz səlahiyyətlərini icra edirdi, ya yox? Bu müraciəti qəbul edəndə, o, öz səlahiyyətini icra edirdi, ya yox? MM-in fəaliyyətini aradan qaldırıla bilməyən səbəblər üzündən mümkün olmamasını təsdiq edən nə var? Bəlkə hansısa deputatların (parlamentin fəaliyyətini iflic halına salan sayda) statusuna xitam verilib? Bu suala müsbət cavab verilmədiyi təqdirdə, MM-in müraciəti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir və onun buraxılması üçün hüquqi əsas yaratmır!” - F.Ağayev qeyd edib.

 

Qeyd: Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət qəbul olunub.

Tarix: 2 Dekabr 2019, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin