BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı mühüm xəbər: 12 dərəcəyədək şaxta

Yanvarın 23-ü saat 12:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasına, eləcə də dağlıq ərazilərə qar yağır.


Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir.


Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib.


Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix: 23 Yanvar 2024, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin