BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Rüşvət vermək nə gözəl işdir"

“Ömrümdə bir dəfə rüşvət vermişəm”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca son günlər rüşvətxorluğa qarşı aparılan işləri nəzərdə tutaraq deyib. O, rüşvət verməsinin səbəblərini də açıqlayıb.

 

“Yayda, 38 dərəcə istidə, ürəyim də ağrıyır, getdim bir poliklinikaya - sağlamlıq haqqında arayış almağa. Ayaq üstə durmağa taqətim qalmamışdı. 7-8 həkimdən necə keçim? İstədim baş həkimdən xahiş edim, tez versinlər, o da hələ gəlməmişdi. Dedilər baş həkimi neynirsən, get 10 nömrəli otağa, arayışını al. Getdim, içəri girən kimi cavan bir qız soruşdu: "Arayış lazımdır?". Dedim, bəli. Qız qorxu-hürküsüz dilləndi: "20 manat!" Sevindim! 50 manat da istəsə, verəcəkdim... Pulu verən kimi, möhürlü arayışı verdi mənə. Öz-özümə fikirləşdim ki, ömrüm boyu adi işlər üçün o qədər qapılarda qalmışam ki!.. Rüşvət vermək nə "gözəl" şeymiş... İşim bir dəqiqədə düzəldi!

 

Bu təəssüratla evə gəlib, bir kiçik satira yazdım. Axırını belə bitirdim: "Rüşvət vermək nə gözəl işdir! Pulunuz varsa, vaxtında rüşvət verin, işinizi düzəldin. Mənim kimi aylarla, illərlə qapılarda gözləməyin". Yazdığımı da kitabımda çap etdirdim...”.

Tarix: 15 May 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin