BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərminə Nəbiyevaya və Bəxtiyar Aslanbəyliyə yüksək vəzifəli verildi

BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar.

 

Bu barədə Pravda.az-a “BP-Azerbaijan” şirkətindən bildirilib.

 

Bunlardan hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.

 

Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.

 

Hər iki şəxs yeni vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.

Fotoları təqdim edirik
Tarix: 15 May 2020, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin