BURADA REKLAMINIZ OLA
BİLƏR

Qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq.

 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

 

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Tarix: 26 Yanvar 2024, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin