BURADA REKLAMINIZ OLA
BİLƏR

PA-nın yeni şöbə müdiri kimdir? - DOSYE

Bu gün Prezident Administrasiyasında daha bir şöbə müdiri təyinatı olub. Dövlət başçısının sərəncamı ilə Gündüz Hacı oğlu Kərimov Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, Gündüz Kərimov bu vəzifəsinə qədər Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi olub.

 

G. Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura təhsil pillələrini bitirib.

 

Daha sonra Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

 

Ayrı-ayrı vaxtlarda Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

 

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

 

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

 

Evlidir, iki övladı var.

Tarix: 2 Dekabr 2019, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin