BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər yalanla, saxtakarlıqla dolu tarix quraşdırmağa çalışırlar” – Naqif Həmzəyev

Paşinyanın sosial şəbəkədə İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşması Ermənistanda birmənalı qarşılanmayıb. Rusiyada bir çox ekspertlər də buna görə Paşinyanı sərt tənqid ediblər. Xatırladaq ki, ictimaiyyətin nümayəndələri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda Hitler Almaniyası tərəfdən vuruşub. Bu, xəyanəti həyat tərzinə çevirmiş ermənilərin iç üzünün növbəti ifşasıdır.

 

Deputat Naqif Həmzəayev bildirib ki, erməni saxtakarlığının kökü qədimlərə gedib çıxır: “Bu millətin nümayəndəsinin əli qələm tutan kimi başlayır özünə yalanla, saxtakarlıqla dolu tarix quraşdırmağa. Türkiyənin, Azərbaycanın yurdlarını öz yurdları kimi qələmə vermələri, tariximizə, milli mətbəximizə, milli musiqilərimizə, tarixi şəxsiyyətlərimizə yiyə çıxmaları erməni yalanının, riyakarlığının ən bariz nümunələrindəndir. Belə faktlar çoxdur. Bu dəfə erməni saxtakarlığına, yalan üzərində qurulan tarixə Ermənistanın baş naziri Nikol Paşinyan imzasını atıb. O, 9 May - Qələbə Günündə Facebook sosial şəbəkəsindəki səhifəsində İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşıb. Bu dəfə babasını Sovet İttifaqı Qəhrəmanı elan etmək istəyən Nikol Paşinyanın niyyəti baş tutmayıb. Nikol Paşinyanın xəstə təxəyyülünün bu son məhsulu Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatların, faşist cəllad Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyanı müdafə etməsinin, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməniləri xalq qəhrəmanları kimi qələmə verməsinin davamı oldu. Sərsəm erməni baş nazirinin fazist əlaltısı olan babasını təqdim etməsi bir daha təsdiq etdi ki, babası kimi Paşinyan da faşist ideologiyasından bəhrələnir. Bu gün bütün dünya Nikol Paşinyanın rəhbərliyi ilə ermənilərin faşizm, nasizm, terrorizm ideologiyası ilə hərəkət etdiyini yaxşı bilir. 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq, bir daha dünyaya bəyan etmişdi: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib". Ermənistanın baş nazirinin babasının isə Qaregin Njdenin tərəfində – Hitler Almaniyası tərəfində Sovet İttifaqına, sülhə, əmin - amanlığa qarşı döyüşməsi faktı ermənilərin milli xislətinin, irsi əlamətlərin növbəti nümunəsidir”.Xalqcəbhəsi

Tarix: 15 May 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin