BURADA REKLAMINIZ OLA
BİLƏR

“AccessBank”la biznesmenləri küsdürür

“AccessBank”la sahibkar arasında problemlər yaşanıb. Nəticədə sahibkar Odər Qəni sözügedən bankdan üz çevirib.

 

Pravda.az xəbər verir ki, bu barədə sahibkar Odər Qəni öz sosial şəbəkə hesabından məlumat verib. Məsələ ilə bağlı sahibkarla əlaqə saxladıq. Onun sözlərinə görə “Accessbank”la arasında olan problem bankın qeyri-profesional işi ilə bağlıdır.

 

“Hazırda bankla aramızda olan bütün rəsmi əlaqələrin kəsilməsi üçün mühasiblərə lazımi tapşırıqlar verilib. “Accessbank”da olan ona yaxın olan hesablarımız dövlət banklarından birinə keçiriləcək. Bundan sonra sözügedən bankla aramızda heç bir rəsmi əlaqə qalmayacaq. Bankla münasibətlərimizin kəsilməsi qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. 

 

Nəticədə bank bir neçə şirkətin hesabından məhrum olacaq. Bundan sonra sözügedən bankla aramızda heç bir rəsmiyyətdən söhbət gedə bilməz”-deyə sahibkar bildirib.

 

O həmçinin qeyd edib ki, bank profesional iş rejiminə geri dönərsə bir neçə ildən sonra təkrar eyni masaya oturula bilər. Hazırda bankda uğursuz kadr dəyişikliyi bizimlə bank arasında heç bir məsələnin həllinə səbəb ola bilməz.

 

““Accessbank” ən çox kadr islahatı aparan banklardan biridir. Hər islahatın nəticəsində bankın müştərisi olan sahibkarlar əziyyət çəkir. Yeni gələn kadrların uğurlu-uğursuz siyasəti bankın imicinə xələl gətirməkdən başqa bir şey olmadığını düşünürəm”-deyə O.Qəni əlavə edib.

Tarix: 30 Yanvar 2024, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin