BURADA REKLAMINIZ OLA
BİLƏR

Güzəşt müddəti daha 1 il uzadıldı

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq üçün gömrük rüsumu və aksiz güzəştinin müddəti daha 1 il uzadılıb.

 

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

 

Beləliklə, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31.12.2024-cü il tarixinədək uzadılıb. Həmin müddətək adsiz dərəcəsi isə yenə 1 ton üçün 1 manat olacaq.

 

Hər iki qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Tarix: 1 Fevral 2024, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin