BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehdiyevlərin bankının yeni rəhbəri işdən çıxarıldı

“Bank BTB” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub.

 

Pravda.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Bankın MŞ-nın üzvü Rövşən Fərhad-zadə vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, o, bu vəzifəyə ötən il martın 13-də təyin olunmuşdu.

 

Hazırda “Bank BTB” ASC-nin Müşahidə Şurası sədr və bir üzvdən ibarətdir.

 

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Tarix: 5 Fevral 2024, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin