BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Axşam saat 6-dan sonra hərəsi bir nazirin qapısında...”

“Milli Şura o günə qalıb ki, artıq cinsi azlıqları müzakirə edir. B, onların faciəsidir. İndi dünyada kimsə bu məsələni müzakirə etmir, qəbul etmirsənsə, etmə, fikir də söyləmə. Bu dünyanın hər yerində var, bunun üçün bir iclas təşkil etmək nəyə lazım idi ki...”

 

Milli Şuranın videokonfransı haqda danışan politoloq Cümşüd Nuriyev belə deyib.

 

Ekspert siyasi mübarizədə söyüş taktikasının yolverilməz olduğunu söyləyib:

 

“Məsələ müzakirə olunsaydı belə, o xanım gərək belə bir münasibət sərgiləməyəydi. Gültəkin Hacıbəyli ən azı Azərbaycan qadınıdır. Qadının belə məsələlərə müdaxiləsi yolverilməzdir. Digər yandan, Azərbaycan demokratik dövlətdir, hər kəs özünə görə məsuliyyət daşıyır. Kiminsə cinsi mənsubiyyətini müzakirə etmək doğru deyil, bu adam bu yolu gedirsə, bunu qəbul etmək lazımdır. Məsələni bu şəkildə müzakirə etmək hömrətsizlikdir. Bunu bu şəkildə sosial şəbəkədə yaymaq da bir hörmətsizlikdir. Buna böyük də baxır, kiçik də. Onlar söyüş ritorikasından nə vaxt əl çəkəcəklər? Vallah, adam xəcalət çəkir, utanır. Hər şeyi görmüşdüm, amma müxalifətin bu səviyyəyə düşəcəcəyinə inanmırdım. Müqxalifət artıq yerin altına girib.

 

Fikiriniz varsa, tənqid edin, kiminsə kimisə təhqir etməyə ixtiyarı yoxdur. Bəzən nədən söhbət getdiyini bilmədən, trollar adamın üstünə hücuma keçirlər. Bu qədər söyüş olar? Bu adamların anası, bacısı yoxdur? Sən başqasını söyürsənsə, demək, səni də söyəcəklər. Əgər müxalifət söyüşə üstünlük verirsə, demək, bununla həm də gücsüzlüyünü etiraf edir. Söyüş söymək psixolji məsələdir və gücsüzlük əlaməti sayılır. Heç olmasa, mənsub olduğunuz millətə hörmət edin. Uşaq olsalar, gənc olsalar, bu çılğınlıqlarını qəbul edərəm, amma onlar cavan deyillər axı. Otuz yaşdan sonra adamın söyüş söyməsi xəstəlikdir”.

 

Cümşüd Nuriyev qeyd edib ki, sosial şəbəkələrdə həm ölkə daxilində, həm də xaricində söyüş kampaniyası aparan troll dəstələri var:

 

“O qədər iyrənc söyüşlər söyürlər ki, məəttəl qalırsan. Ağzını açanı söyürlər. ziyalılar utandıqlarından çəkilib qıraqda durublar. Hara gedirik biz? Vallah, adam utanır. Ar-abır pərdəsi yırtılıb, həyasızlar düşüblər ortaya: mətbuatda, sosial şəbəkələrdə... Həyasızlıq bir həya forması, tərbiyəsizlik bir öyünc yeri olub.

 

Açıq desəm, mən Azərbaycanda müxalifət görümürəm. Müxalifət yoxdur. Otuz ildə gördüklərim budur ki, müxalifət ancaq kimlərinsə cibindədir: ya xaricilərin, ya da daxildə olan ayrı-ayrı adamların və ya oliqarxların. İlk dəfə bunu deyə bilərəm ki, Azərbaycanda oliqarxiya müxalifəti formalaşır. Oliqarxlar bu kimi adamlardan öz məqsədləri üçün istifadə edirlər. Onların arasında müxalifətçilərlə yanaşı, digər adamlar da var, axşama kimi nazirlərin qapısında qarovulda dururlar. Onlar hansı əxlaqdan danışırlar? Müxalifət axşam saat altıdan sonra arxalarda kimlərləsə görüşür. Öz gücsüzlüklərini ört-basdır etmək və gündəmdə qalmaq üçün söyüş söyürlər. Amma bununla nəyə nail olacaqlar? Heç nəyə”.Teleqraf

Tarix: 16 May 2020, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin