BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin aylıq vəzifə maaşları artırıldı

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

 

Pravda.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

 

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Tarix: 6 Fevral 2024, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin