BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ Universiteti ilə bağlı QƏRAR

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

 

Qərarda deyilir:

 

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin”.

Tarix: 6 Fevral 2024, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin