BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Bravo”nun sahibi – “Azərbaycan Supermarket” MMC-nin  12 may 2023-cü il tarixli 02-Q-00296 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

 

Yeniavaz.com xəbər verir ki, AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını hansı səbəbdən ləğv etdiyini açıqlamayıb.

 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixndə qəbul etdiyi “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.18-ci maddəsində subyektlərin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakı kimi göstərilib:

 

- subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;
- hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;
- fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
- məhkəmənin müvafiq qərarı olduqda;
- qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

Tarix: 13 Fevral 2024, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin