BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisini məhv etdi

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

 

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına deyib.

 

Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.

 

Ermənistan Müdafiə Nazirliyi də 4 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.

 

APA

Tarix: 13 Fevral 2024, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin