BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Psixoloqa, psixoterapevtə müraciət etmirik, deyəcəklər ki, dəlidir...”

“Bakıda ağır faciə baş verib. Əhməd Əhmədov adlı bir şəxs atasını, anasını, kiçik qardaşını, bacısını, onun uşağını qətlə yetirib. Özü də amansızlıqla, balta ilə... Sözün açığı, özümə yer tapa bilmirəm. Heç bilmirəm ki, nə deyim. Çünki hamımızın övladımız var. Hamımız atayıq, anayıq, hər birimiz məsuliyyət daşıyırıq. Bəlkə də, bu faciənin baş verməsi həm də bizim ailə ənənələrimizdən irəli gəlir? Psixoloqa gedən bir insana dəli kimi baxırlar. Bir çox insanlar, ailələrin övladları, yaxud yaxınları psixoloji problemə malik olsalar da, onu psixoloqa, psixoterapevtə aparmırlar. Özümüz psixoloqa, psixoterapevtə müraciət etmirik, deyəcəklər ki, dəlidir. Bax, bütün bunlar bu cür problemlərin yaranmasına səbəb olur”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

 

“Çox üzüldüm. Allah bu faciəni heç bir ailəyə yaşatmasın. Gərək, bu məsələlərə qarşı çox ehtiyatlı olaq. Bu, hamımıza,  bütün cəmiyyətə, valideynlərə, ailələrə bir dərs, dövlətimizə, hökümətimizə bir siqnal olmalıdır. Gərək, vaxtında tədbirlərimizi görək. Qətlə yetirilən şəxslərə Allahdan rəhmət diləyirəm. Nə deyə bilərik, Allah Azərbaycanı və ailələrimizi qorusun...", - vurğulayıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 14 Fevral 2024, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin