BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya ilə bağlı mühüm xəbər: Artırılmış məbləğlə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Bu barədə nazirlikdən məlumat verilib.

 

Fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib.

Tarix: 15 Fevral 2024, 18:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin