BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rayonların sayı azaldılmalıdır” – TƏKLİF

“Azərbaycanda icra, özəlliklə də yerli icra hakimiyyəti düzgün qurulmayıb. Ona görə də kadr islahatı alınmır və alınmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Erkin Qədirli deyib.

 

“Ölkəmizdə 80 rayon vardır (66 bölgə + 12 Bakı + 2 Gəncə). Bu, 80 icra başçısı, 80 prokuror, 80 polis rəisi, 80..., 80... və s. deməkdir. Bu sayda həm bilikli, həm bacarıqlı, həm də vicdanlı adam tapmaq, üstəlik, onları düzgün çalışdırmaq olmayacaq. Ayrıca, hər kəsin üzərində düzgün nəzarət qurmaq alınmayacaq. Çıxış yolu - kadr islahatından öncə inzibati-ərazi vahidləri islahatı olmalı, rayonların sayı azaldılmalıdır. Daha sonra, yerli icra hakimiyyətinin təşkilində legitimlik problemi vardır. Bələdiyyələrin səlahiyyətləri qanunla müəyyən olunduğu bir halda, yerli icra başçılarının səlahiyyətlərini Prezident müəyyən edir. Bu, sistem problemini dərinləşdirir, çünki yerli hakimiyyətin belə quruluşunda bələdiyyələr heç zaman güclənə bilməyəcəklər. Bələdiyyələrin güclü ola bilmədiyi yerdə isə, yerli icra hakimiyyəti səmərəli ola bilməyəcək” – E.Qədirli qeyd edib.

Tarix: 17 May 2020, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin