BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Süleymanovun biznes imperiyası – SƏNƏDLƏR

Milli Məclisin sabiq deputatı Elxan Süleymanova məxsus şirkətlərin adları açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, 80 yaşlı Elxan Süleymanov ötən ayın 28-də, yəni ciddi karantin rejiminin hökm sürdüyü günlərdə özünün növbəti şirkətini -"GÖYÇAY AQRO" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib: “Şirkət Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun NİZAMİ küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçib. Keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "SÜMBÜL" İSTEHSAL KOOPERATİVİni təsis edib. Bundan əvvəl Süleymanovların daha 4 şirkəti fəaliyyət göstərib. Belə ki, "AZBOL" AZƏRBAYCAN-BOLQARİYA BİRGƏ MÜƏSSİSƏSİ 1996-cı ildə, "AQROİNKİŞAF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2004-cü ildə, "XƏZƏR-XXI ƏSR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildə Elxan Süleymanovun "AZNM LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2004-cü ildə Vurğun Süleymanovun təsisçiliyi ilə qeydiyyatdan keçib. "XƏZƏR-XXI ƏSR" MMC-nin ötən il ləğv edildiyi elan olunub. Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib”.

Fotoları təqdim edirik
Tarix: 17 May 2020, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin