BURADA REKLAMINIZ OLA
BİLƏR

Güzəştli ipoteka kreditləri ilə bağlı mühüm xəbər

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

 

Müraciətlər 23.02.2024-cü il saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

 

İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.

 

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 02.02.2024-cü il tarixindən başlanılıb və hazırda proses davam etdirilir.

Tarix: 19 Fevral 2024, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin