BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağacan Abıyev: “Bəzən deyirlər ki, dağa dırmaş...”

“Karantin dövrü belə məni passivləşdirə bilməz. Düzdür, evdən çıxmayın deyirlərsə, evdə qalmalıyıq. Mənim bir idman palazım var. Hər səhər evdə qaçış hərəkətləri edirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Ağacan Abıyev deyib.

 

“Biz gecəni yatırıq, yuxular görürük. Elə adamlar var ki, “gecə yatdım, dincəldim, rahatlandım” deyir. Ancaq dincəlməyən bir orqan var. O da ürəkdir. Biz gecədən səhərə qədər dincəlirik, ancaq ürək dincəlmir. Deməli, ürəyimiz işləyir. Kim ki deyirsə “dincəldim, rahatladım”, o adama söyləyirəm: “Qardaş, borcunu qaytar da”. Sənin dincəlməyinə kömək edən nədir?! Əlbəttə, ürəyin. İdman et, ürəyini rahat və sağlam saxla. Bəzən deyirlər ki, dağa dırmaş. Yalan söhbətdir. Düz yolda qaç və idman elə. Karantin oldu-olmadı, idman etmək lazımdır. Yaşından asılı olmayaraq hər kəs gün ərzində evdə olsa belə, idman hərəkətləri etməlidir” – A.Abıyev deyib.Modern.az

Tarix: 17 May 2020, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin