BURADA REKLAMINIZ OLA
BİLƏR

"Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi Qarabağın ev sahibliyi etdiyi ən mötəbər tədbirlərdən olacaq" - RƏY

"Cənab Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərindən sonra ilk rəsmi səfəri məhz qardaş ölkəyə olması bir daha Azərbaycan – Türkiyə münasibətlərinin əbədilliyindən xəbər verir. Görüş bundan sonrakı  ikitərəfli əlaqələrin  bütün istiqamətlərinin nəzərdən keçirlməsi, regional və beynəlxalq məsələlərdəki ortaq mövqelərin dəyərləndirilməsi baxımdan olduqca zəruri idi. Təəssüf hissi ilə qeyd edirəm ki, hazırda  beynəlxalq aləmdə Türk Dünyasına qarşı qərəzin artığı bir dövrdə türk  ölkələrinin  nəqliyyat və enerji sahəsindəki potensialını inkişaf etdirməli olduğu da bir reallıqdır. Bu sahədə atılacaq ilk addım, Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindəki işləri sürətləndirməkdir".


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.


"Hər iki ölkənin əsas məqsədi  bu kommunikasiya xəttindən  ən yüksək səmərə götürməklə  yanaşı,  türkdilli ölkələrin nəqliyyat qovuşağına çevrilməsidir. Bunun üçün hər iki ölkənin birlikdə qəbul etdiyi Qars-Naxçıvan dəmir yolu layihəsi də var.  Bu gün dövlətimiz  Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin münasibətlərinin  daha da təsisatlanması və güclənməsi üçün çalışır. Mətbuata verilən birgə açıqlamadan da bəlli olduğu kimi iyul ayında TDT–nin fövqəladə Zirvə görüşünün Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi də qərarlaşdırılıb. Düşünürəm ki, bu, Qarabağın ev sahibliyi etdiyi ən mötəbər tədbirlərdən olacaq. Qarşıdakı dövrdə Azərbaycan Türk Dünyası ilə  dostluğunu daha da inkişaf etdirəcək, möhkəmləndirəcəkdir", - deputat bildirib.
 

Tarix: 20 Fevral 2024, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin