BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev Fondu Məmməd İsmayılın səhhəti ilə bağlı prosesi nəzarətə götürdü

"Atamın belində yırtıq var. Ötən ilin iyununda Türkiyədə əməliyyat edilmişdi, amma əməliyyatın nəticəsi nəsə yaxşı olmadı".

 

Bunu şair Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

 

"Hazırda Bakıda da bu istiqamətdə müalicəsi aparılır. Yəqin ki, hələ bir müddət xəstəxanada qalacaq, burada müalicəsi davam etidirələcək", - o əlavə edib.

 

İntizar İsmayılın sözlərinə görə, hal-hazırda şairin səhhəti ilə bağlı proses Heydər Əliyev Fondunun nəzarətindədir.

 

"Bir həftədir, Heydər Əliyev Fondu tərəfindən atamın səhhəti ilə bağlı prosesi nəzarətə götürüb. Sağ olsunlar ki, belə bir məqamda bizə dəstək olublar. Mən öz adımdan, atamın adından Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyevaya dəstək üçün təşəkkür edirəm".

 

Xatırladaq ki, şair Məmməd İsmayılın bir müddətdir, səhhəti yenidən pisləşib./APA

Tarix: 20 Fevral 2024, 20:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin